Universitetdə tələbələrə hücum edildi

Universitetdə tələbələrə hücum edildi
1 Noyabr 2016
Mətni dəyiş
Türkiyənin Anadolu Universitetində bir qrup tələbə toplu şəkildə "Cumhuriyyet" qəzetini oxuyarkən universitetin mühafizə xidmətinin əməkdaşları tərəfindən hücuma məruz qalıb. 
"Cumhuriyyet" qəzetinə qarşı aparılan əməliyyata və əməkdaşlarının həbs edilməsinə etiraz olaraq tələbələr Anadolu Universitetində "Cumhuriyyet" qəzetinə dəstək aksiyası keçiriblər. Bundan sonra universitetin xüsusi mühafizə xidmətinin əməkdaşları aksiyaya müdaxilə ediblər.
Qeyd edək ki, 31 oktyabrda "Cumhuriyyet" qəzetinin baş redaktoru da daxil olmaqla 15 əməkdaşı həbs edilmişdi.
cumhuriyyet3 2  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun