Tofiq Həsənlinin məhkəməsi təxirə salınıb

Tofiq Həsənlinin məhkəməsi təxirə salınıb
18 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 17-də Şirvan Apellyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə satirik şair Tofiq Həsənlinin şikayətinə baxılmalı idi. Lakin proses təxirə salınıb.
Vəkil Elçin Sadıqovın sözlərinə əsasən, şahidlərin gəlməməsi səbəbindən məhkəmə baş tutmayıb. Hakin onların məcburi gətirilməsi barədə qərar qəbul edib. Növbəti iclas dekabrın 1-nə təyin edilib.
T.Həsənli bu il avqustun 22-də mühakimə edilib və narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum olunub. T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi fikirləri ilə tanınıb.
2005-ci ildə narkotik maddə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib, ancaq 2007-ci ildə amnistiyaya düşüb.
T.Həsənli "Facebook" və "Youtube"-də satirik yazıların dərcini davam etdirib. 2015-ci ilin yanvarında həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun