Ramil Usubovun Sumqayıtda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib

Ramil Usubovun Sumqayıtda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib
25 Noyabr 2016
Mətni dəyiş
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabrın 10-na keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün saat 10:00-da nazir, general-polkovnik Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət edərək qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun