Poroşenko Maydan hadisələri ilə əlaqədar 6 saat dindirilib

Poroşenko Maydan hadisələri ilə əlaqədar 6 saat dindirilib
19 Noyabr 2016
Mətni dəyiş
Ukrayna prezidenti Petro Poroşenko Maydan hərəkatı zamanı baş verən iğtişaşlar və qanunsuzluqlarla bağlı istintaq tərəfindən dindirilib. Ukrayna Baş Prokurorluğundan "Qromadske" telekanalına bildirilib ki, prezidentin noyabrın 29-da Baş Prokurorluqda şahid qismində dindirilməsi nəzərdə tutulsa da, noyabrın 18-də baş tutub. Prezident Administrasiyasında aparılan dindirmə 6 saat çəkib. Prezident Maydan işinin bəzi epizodları ilə bağlı sorğu-sual edilib. Araşdırma çərçivəsində keçmiş baş nazir, Arseniy Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, Kiyevin meri Vitali Kliçko, Ali Radanın spikeri Andrey Parubiy və daxili işlər naziri Arsen Avakov da istintaqa çağırılıb.

Ukrayna Baş Prokurorluğunun xüsusi araşdırma departamentinin rəisi Sergey Qorbatyuk bildirib ki, Maydan işi ürə 70 şübhəli axtarışa verilib. Onların arasında ölkədən qaçan keçmiş prezident Viktor Yanukoviç də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun