Pentaqonda 'Wikipedia skandalı'

Pentaqonda 'Wikipedia skandalı'
18 Noyabr 2016
Mətni dəyiş
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İngiltərədə qurmaq istədiyi yeni kəşfiyyat sistemi ilə əlaqədar məlumatları Wikipediadan götürdüyü ortaya çıxıb.
Pentaqonun, İngiltərədə qurmaq istədiyi yeni kəşfiyyat sistemi ilə əlaqədar Konqresdə göstərdiyi təqdimatda, 'internet ensiklopediyası' olaraq bilinən Wikipediadan götürülən məlumatları birbaşa mənbə olaraq istifadə etdiyi iddia edildi.
ABŞ Nümayəndələr Palatası Kəşfiyyat Komitəsində, Milli Kəşfiyyat İdarəsinin direktoru James Clapper, Müdafiə Nazirliyinin kəşfiyyatdan məsul məsləhətçisinin müavini Marcel Lettre və müdafiə nazirinin müavini Robert Workun qatıldığı ABŞ milli təhlükəsizliyi ilə bağlı iclasa Pentaqonun 'Wikipedia skandalı' damğa vurub. İclasda Komitə sədri Kaliforniya Vəkili Devin Nunes, Pentaqon tərəfindən Konqresə 21 martda təqdimatı edilən bəzi sənədlərdə açıq mənbə olan və 'internet ensiklopediyası' olaraq bilinən Wikipediadan birbaşa istifadə edilib-edilmədiyini soruşub. Komitə üzvlərinə mövzunu açıqlamaqda çətinlik çəkən rəsmilər, Wikipedianın Pentaqon işçiləri tərəfindən nə dərəcədə mənbə olaraq istifadə edildiyini dəqiq olaraq bilmədiklərini söyləyib. Nunes, iclasda yer alanlara, biri 21 martda Konqresə təqdim edilən, digəri isə Wikipedianın mövzuyla əlaqədar sənədlərinin yer aldığı iki sənədin paylanmasını istəyib.
Hər iki sənəddə də eyni məlumatların varlığına işarə edən Nunes, nazir müavini Worka xitab olaraq, "Konqresdəki komitə üzvlərinə təqdim etdiyiniz bu sənədin əhəmiyyətli bir hissəsinin Wikipediadan plagiat olduğunun fərqindəsinizmi?", sualını verib. Sənəddəki məlumatların Wikipediadan götürüldüyünü bilmədiyini qeyd edən Work, "Həqiqətən nə deyəcəyimi bilmirəm", sözləri ilə mövzunu ciddi şəkildə araştıracağını ifadə edib.
Wikipedianın daha çox məktəblilərin ev tapşırıqlarını həll etməsi üçün istifadə etdikləri açıq mənbə olduğuna işarə edən Nunes, Wikipediadan götürülən hansısa məlumatın birbaşa Konqres önünə gətirilməsinin səhv olduğu bildirib.
Qeyd edək ki, 21 martda Milli Kəşfiyyat İdarəsinin direktoru Clapper ilə müdafiə nazirinin müavini Work, Nümayəndələr Palatası Kəşfiyyat Komitəsindəki iclasda, Pentaqonun İngiltərədəki Croughton bazasında qurmaq istədiyi kəşfiyyat analiz kompleksi üçün təqdimat etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun