Türkiyədə müxalifət liderləri və millət vəkilləri həbs olunub

Türkiyədə müxalifət liderləri və millət vəkilləri həbs olunub
4 Noyabr 2016
Mətni dəyiş
Türkiyədə parlamentdə təmsil olunan müxalifət partiyası Xalqların Demokratik Partiyasının həmsədrləri Figen Yüksekdağ və Selahattin Demirtaş polis tərəfindən saxlanılıb. 
Müxalifət liderlərinin hər ikisinin evində axtarış aparılıb, sonrasında isə millət vəkilləri həbs olunublar. Partiyanın həmsədri Selahettin Demirtaş sosial şəbəkədən yerli vaxtlar 01:30-da yazdığı məlumatda Diyarbəkirdəki evinin qapısında polislərin olduğu və "məcburi saxlanma qərarı" ilə gəldiklərini bildirib.
XDP-nin digər həmsədri Figen Yüksekdağ da evinə keçirilən polis basqını sonrası saxlanılıb. Digər çox saylı müxalif millət vəkillərinin də evlərinə polis əməliyyatı keçirildiyi və deputatların saxlanıldığı bildirilib.
Yüksekdağ-ın sözcüsü Sıtkı Güngör twitter hesabından yaydığı məlumatda Figen Yüksekdağın evinə polislərin gəldiyini bildirib.
Millət vəkilləri polis tərəfindən saxlanılır
Həmçinin, yenə müxalif deputatların da evlərinə polis əməliyyatı keçirilib və saxlanılmaları ilə bağlı qərarların olduğu qeyd edilib. Saxlanılan millət vəkiləri arasında Ferhat Encü, Leyla Birlik, Ziya Pir, Mehmet Aslan, Selma Irmak ve Nursel Aydoğan da var.
Həmsədrlər Demirtaş və Yüksekdağla birgə millət vəkilləri Ziya Pir M. Ali Aslan, Leyla Birlik, Selma Irmak və Ferhat Encu-nun da evinə basqın edildiyi bildirilib.
tvit1 tvit

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun