Merkel: "Qonşumuz Rusiya ilə yaxşı əlaqələr qurmaq istəyirik"

Merkel: "Qonşumuz Rusiya ilə yaxşı əlaqələr qurmaq istəyirik"
18 Noyabr 2016
Mətni dəyiş
Avropa Birliyinin Rusiyanı ortağı olaraq gördüyünü ifadə edən Almaniya Baş naziri Angela Merkel Moskva ilə yaxşı əlaqələr qurmaq istədiklərini ifadə edib.
ABŞ prezidenti Barack Obamayla birlikdə ortaq mətbuat konfransı təşkil Merkel, "Rusiya bizim qonşumuzdur. Əlaqəmizin yaxşı olması bizim mənfəətimizədir. Tarixi bağlarımız, ortaq bir tariximiz var, ancaq bunlar dərin fikir ayrılıqları yaşanması vəziyyətində fikrimizi söyləməkdən geri çəkindirmir", - deyə bildirib.
Almaniyanın İŞİD-lə mübarizəyə davam edəcəyini qeyd edən Merkel bu sözləri deyib: "Almaniya və ABŞ-ın əməkdaşlıq etdiyi bir çox sahələr var, İŞİD ilə mübarizə də buna bir nümunədir. Yenə də yükün çox hissəsinin ABŞ-a düşdüyünün fərqindəyik".
Suriya xalqına hücum etməkdə günahlandırdığı Bəşər Əsədi 'müttəfiq' olaraq görmədiyini ifadə edən Merkel, fikirlərinə belə davam edib: "Əgər Almaniyaya gələn qaçqınlarla danışsanız, sizə fərdi hekayələrini izah edəcəklər və onların böyük əksəriyyəti Əsədin əlindən qaçıb. Buna görə də onu müttəfiq olaraq görmürəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun