Macarıstana aid bölgədə məscid və azan qadağan edilib

Macarıstana aid bölgədə məscid və azan qadağan edilib
25 Noyabr 2016
Mətni dəyiş
Macarıstanın cənubunda yerləşən Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka və burkini geyilməsi qadağan edilib.
Macarıstan mətbuatında yer alan xəbərlərə görə, Macarıstan Jobbik Partiyasının sədr müavini Laszlo Toroczkainin bələdiyyə başçısı olduğu Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka və burkini geyilməsi qadağan edilib. Xəbərlərlə bağlı açıqlama verən Toroczkai, bələdiyyə məclisinə təqdim etdikləri təklifin digər bələdiyyələrə nümunə olması lazım olduğunu ifadə edərək, "Xaricdən gələcək qaçqınlara ya da hər hansı bir şəkildə nizam pozucu niyyət daşıyanlara qarşı özümüzü necə qorumamız lazım olduğu mövzusunda, bu təklifin digər bələdiyyələrə də nümunə olacağı düşüncəsindəyəm", - deyə bildirib. İki məclis üzvünün bitərəf qaldığı səsvermədə Toroczkai, şəhərin əsrlərdir davam edən mədəniyyətinin qorunması məqsədiylə qərarın verildiyini söyləyib.
Macarıstan İslam Cəmiyyəti Başçısı Zoltan Bolek, Asotthalom Bələdiyyə Məclisinin aldığı qərarın Macarıstan konstitusiyasını pozduğunu ifadə edib. Bolek, söz mövzusu qadağanın tamamilə təxribat məqsədi daşıdığını deyərək, "Alınan qərar konstitusiyaya zidd hadisədir. Çünki din azadlığı haqqını pozur. Mövzu ilə əlaqədar Konstitusiya Məhkəməsinə yazdığım məktubda, Bələdiyyə Məclisinin aldığı qərarın araşdırılmasını tələb etdim. Bundan başqa o bölgədə bir dənə belə müsəlman yaşamamasına baxmayaraq belə bir qərarın alınması təxribat məqsədlidir", ifadələrindən istifadə edib.
Qeyd edək ki, təxminən 30 min müsəlmanın yaşadığı Macarıstanda davamlı fəaliyyət göstərən məscid yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun