Londonda tramvay qəzası: 5 ölü

Londonda tramvay qəzası: 5 ölü
10 Noyabr 2016
Mətni dəyiş
İngiltərənin paytaxtı Londonda tramvayın relsdən çıxması nəticəsində baş verən qəzada 5 nəfərin həyatını itirdiyi açıqlanıb.
Britaniya Nəqliyyat Polisindən (BTP) verilən məlumatda paytaxt Londonun cənubundakı Croydon səmtində seyr halında olan bir tramvayın yerli saatla 06.00-da relsdən çıxaraq aşdığı qeyd edilib.
Hadisə zamanı tramvayda olan 5 nəfərin həyatını itirdiyi, qəzada yaralanan və tramvayda qapalı qalan 51 sərnişinin isə bölgədəki xəstəxanalara sövq edildiyi ifadə edilib.
Qəzanın səbəbləri araşdırılır.
Qəza ilə bağlı danışan İngiltərə Baş naziri Theresa May hökumətin təcili xidmət əməkdaşları və digər səlahiyyətlilərlə yaxın ünsiyyətdə olduğunu vurğulayaraq, qorxunc qəzayla əlaqədar səlahiyyətlilərin edilməsi lazım olan hər şeyi etdiyini söyləyib.
London Bələdiyyə Başçısı Sadiq xan da, "Düşüncələrim və dualarım bu gün həyatını itirən şəxslərin ailələri, dostları və bu qəzadan təsirlənən hər kəslə birlikdədir. Vəziyyəti nəzarət altına almaq və yaralılara yarımçı olmaq üçün çox çətin şərtlər altında çalışan təcili yardım qrupları və London Nəqliyyat Təşkilatı ilə daimi əlaqədəyəm", - deyə açıqlama verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun