İspaniya avroya alternativ axtarır

İspaniya avroya alternativ axtarır
18 Noyabr 2016
Mətni dəyiş
Maliyyə böhranı ilə mübarizə aparan İspaniyada avronu kənara atan 'sadə' vətəndaşlar, öz pul vahidlərindən istifadə edir.
İnsanların dövlətin rəsmi pulundan istifadə etmədən, məhsullarını mübadilə etmələrinə imkan yaradan yeni pul vahidlərinin populyarlığı gün keçdikcə artarkən, yeni axının önə çıxanlarını təqdim edirik:
Zoquito: İspaniyada avrodan başqa istifadə edilən ilk pul vahidi olan Zoquito, 2007-ci ildə Jerez de la Frontera şəhərində ortaya çıxıb. Digər şəhərlərə də öz pul vahidlərini yaratmaları üçün ilham verən zoquito, rəsmi internet saytında verilən açıqlamaya görə, 'Cadiz bölgəsindəki insanlar tərəfindən pul qazanma məqsədi güdməyən bir mübadilə üsulu' olaraq istifadə edilir.
Puma: Sevilla şəhərinin tarixi mərkəzində 2012-ci ildən bu yana fəaliyyət göstərən 'sosial dəyişmə şəbəkəsi' Pumanın yaradıcıları, alternativ pul vahidinin, 'Cəmiyyətin etik prinsiplərinə uyğun olaraq bütün məhsul və xidmətlərin dəyişdirilməsində' istifadə edilə biləcəyini ifadə edir.
Chavico: Granadada istifadə  edilən Chaviconun rəsmi internet saytında, alternativ pul vahidinin 'Etik, demokratiya, ekoloji və həmrəylik əsasında qurulan istehsal, paylama və istehlak şəbəkəsi' olduğu ifadə edilir.
RES: Kataloniyadakı Gironada istifadə edilən RES adlı iqtisadi sistemin isə iştirakçıların satışlarını ən azı 3 faiz artırdığı iddia edilir. Kiçik və orta miqyaslı iş yerlərinə bir araya gətirən RES, yerli iqtisadiyyatı dəstəkləməyi hədəfləyir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun