İnterpolun yeni prezidentinin adı məlum olub

İnterpolun yeni prezidentinin adı məlum olub
10 Noyabr 2016
Mətni dəyiş
İnterpolun yeni prezidenti seçilib.
Təşkilatın “Twitter” səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, İnterpolun yeni sədri Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey olub.
Yeni prezident İnterpolun İndoneziyada keçirilən 85-ci Baş Assambleyasının sessiyasında seçilib.
M. Hunvey 2012-ci ildən İnterpola rəhbərlik edən fransız xanım Miley Belestrazini əvəz edib.
İnterpolun Rusiya Milli Bürosunun sədri, general-mayor Aleksandr Prokopçuk isə təşkilatın vitse-prezidenti seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun