İlham Əliyev özəl şirkətin yaşayış binasının açılışında iştirak edib

İlham Əliyev özəl şirkətin yaşayış binasının açılışında iştirak edib
25 Noyabr 2016
Mətni dəyiş
Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib.
Abzas.net xəbər verir ki, Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
Dövlət başçısı açılış mərasimində iştirak edib və binadakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Sonra Azərbaycan Prezidenti yeni binanın sakinləri ilə görüşüb.
Qeyd edək ki, bina “21-ci Əsr” (“Bakıxanov Rezidens” Komplekslər Qrupu) tərəfindən inşa edilib. Hazırda şirkət “Ramana Rezidens“dən bəzi mənzillərin satışını həyata keçirir. “Ramana Rezidens”də mənzilin 1 kvadrat metrinin qiyməti 790 AZN-dir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun