Həsən Ruhani: "ABŞ seçkilərinin İrana heç bir təsiri yoxdur"

Həsən Ruhani: "ABŞ seçkilərinin İrana heç bir təsiri yoxdur"
9 Noyabr 2016
Mətni dəyiş
Tehranda Nazirlər Kabinetinin iclasında danışan Ruhani ABŞ prezident seçkilərini Respublikaçı Partiyanın namizədi Donald Trumpun qazanması ilə bağlı "ABŞ seçkilərinin İranın siyasətinə heç bir təsiri yoxdur", - deyə bildirib.
Trumpın seçki kampaniyası boyunca prezident seçilməsi halında nüvə müqaviləsini ləğv edəcəyinə dair sözlərinə işarə edən Ruhani nüvə razılaşmasının Birləşmiş Millətlər Təhlükəsizlik Şurası (BM TŞ) qərarı olduğunu və bir hökumətin öz başına alacağı qərarla dəyişdirilməsinin mümkün olmadığını ifadə edib.
Digər tərəfdən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Trumpın prezident seçkilərini qazanması ilə əlaqədar, "Hər kəs Amerika prezidenti ola bilər. Əhəmiyyətli olan bölgəmizin və dünyanın həqiqətlərini doğru şəkildə anlamaq və ona uyğun həqiqi yanaşmalar etməkdir", - deyə söyləyib.
Zərif, ABŞ-ın nüvə müqaviləsini qəbul edən ölkələrdən biri olaraq müqavilənin tətbiqinə davam etməli olduğunu da qeyd edib.
Qeyd edək ki, İran ilə BMT TŞ-nın 5 daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə Almaniya (P5 + 1) arasında 14 iyulda Avstriyanın paytaxtı Vyanada nüvə razılığı əldə edilmişdi. 20 iyulda BMt TŞ tərəfindən də təsdiqlənən müqavilə 16 yanvarda Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) İranın razılaşmaya uyğun olaraq lazımi tədbirlər yerinə yetirdiyini təsdiq edərək, qüvvəyə minmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun