Gəncədə həbs olunan iki gənclə bağlı yeni xəbər var

Gəncədə həbs olunan iki gənclə bağlı yeni xəbər var
10 Noyabr 2016
Mətni dəyiş
Gəncədə Heydər Əliyev parkına etiraz şüarları yazdıqlarına görə həbs olunan iki gənclə bağlı yeni xəbər var. Bu barədə saytımıza Nida Vətəndaş Hərəkatının idarə heyətindən açıqlama verilib. 
Gənclərlə danışan yaxınları bu barədə NİDA rəhbərliyinə məlumat verib. Məlumata görə, gənclər Gəncədə "Bayram və Qiyasa azadlıq!", "Həbsdə olan nidaçılara azadlıq!" və "Diktaturaya yox!" şüarları yazıblar. Elə şüar yazan vaxt onlar polis tərəfindən saxlanılıblar. Sonra polis gəncləri Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə gətirib.
Həmin idarədə gənclərə işgəncə verilib. Döyən polislərdən birinin adı Aqil olub. O gəncləri yumruq, təpik, şillə ilə bir neçə dəfə döyüb. Daha sonra polislər gənclərin başından tutub dəfələrlə stola vurublar. Tapdıq Məmmədovun bədənində və başında işgəncə izləri qalmaqdadır.
Gənclər hazırki saxlanma şəraitləri ilə bağlı şikayət etməyiblər. Onlar bildiriblər ki, yaxınları ilə əlaqə saxlaya, onların göndərdiklərini qəbul edə bilirlər.
Məsələni diqqətdə saxlayacağıq. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun