Ermənistan əhalisinin sayı 634 min nəfər azalıb

Ermənistan əhalisinin sayı 634 min nəfər azalıb
3 Noyabr 2016
Mətni dəyiş
Ermənistan əhalisinin sayı ilin əvvəllərindən bu yana 4700 nəfər azalıb.
Son siyahıya alma hazırda ölkə əhalisinin 2 993 900 nəfər olduğunu göstərir.
Milli statistika komitəsinin məlumatına görə, 2016-ci il yanvarın 1-dək ölkə əhalisinin sayı 1 998 600 nəfər olub ki, bu son 9 ay ərzində əhalinin sayının 4700 nəfər azaldığını göstərir.
2016-ci il yanvarın 1-də isə ölkə əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqaisədə 12 min nəfər azalıb.
1977-ci ilin statistikasına görə, ölkə əhalisinin sayı 2,9 milyon nəfər olub, 78-ci ildə isə 3 milyona qalxıb.
Ən çox artım isə sovetlər dövründə-80-ci illərdə baş verib və 1992-ci ilin sonunda ölkə əhalisinin sayı 3,6 milyon nəfərə çatıb.
Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra isə əhalinin sayı 634.7 min nəfər azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun