Clinton "Trump-ın səslərini" təkrar saymaq kampaniyasına qoşulur

Clinton "Trump-ın səslərini" təkrar saymaq kampaniyasına qoşulur
27 Noyabr 2016
Mətni dəyiş
Hillary Clinton-un seçki kampaniyasından xəbər verilib prezidentliyə keçmiş demokrat namizəd Viskonsin ştatında səslərin təkrar sayılmasında iştirak edəcək.
Səslərin təkrar sayılması təşəbbüsünü Yaşıllar Partiyasının namizədi Jill Stein irəli sürüb. O “statistik anomaliyalarla” əlaqədar habelə Miçiqan və Pesnsilvaniyada da səslərin yenidən sayılmasını tələb edir.
ABŞ seçkisinin son nəticəsinin dəyişməsi üçün sözü gedən şatatların üçündə də nəticələr ləğv olunmalıdır.
Viskonsin ştatında cüzi - 0, 7 faiz fərqi ilə qələbə qazanmış Donald Trump bu kampaniyanı “dələduzluq” adlandırıb.
Trump deyib ki, doktor Stein bu üsulla ictimaiyyətin ianələri hesabına pul kisəsini doldurmaq istəyir.
jill-stein
Viskonsində səslərin yenidən sayılması üçün lazım olan 2, 5 milyon dolları xanım Stein az qala bir gündə toplaya bilib.
Elektron müəmma
Clinton kampaniyasının baş müşaviri Marc Elias deyib ki, onlar kənar ekspertlərlə birlikdə seçki nəticələrini yenidən nəzərdən keçirirlər.
O deyib ki, seçkinin saxtalaşıdırldığı barədə dəlillərə malik deyil, lakin Hillary Clinton-a səs vermis 64 milyon seçicinin etimadı səslərin yenidən sayılması prosesinə qoşulmağı tələb edir.
Yaşıllar Partiyasının namizədi Jill Stein iddia edib ki, sözü gedən 3 ştatda Trump-ın qələbəsini kompüter hakerləri təmin ediblər.
Bundan əvvəl ABŞ rəsmiləri Rusiya hakerlərinin ABŞ seçkisini hədəflədiyi barəfə narahatlıq ifadə etmişdilər.
Xanım Stein iddia edir ki, Viskonsində səslərin elektron cihazlar tərəfindən hesablandığı məntəqələrdə Trump, bülletenlərin dədə-baba qaydası ilə əllə sayıldığı dairələrdə isə Clinton qalib gəlib.
Həftəsonu yayılmış bəyanatında Viskonsin Seçki Komissiyası bildirib səslərin yenidən sayılması üçün Yaşıllar Partiyasından başqa bir qrup da petisiya verib.
Jill Stein üç ştatın üçündə də səsləri saydırmaq üçün təxminən 7 milyon dollar ödəməlidir və bu vəssaitin 5, 8 milyon dolları artıq toplanıb.
Miçiqan ştatında prezident seçkisinin nəticələri hələ elan edilməyib.
Xəbər verilir ki, bu üç ştatda seçki kollegiyalarının 46 səsi Clinton-a verilərsə, o ABŞ seçkisninin qalibi ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun