Azərbaycan bu dövlətlə birgə çay və siqaret istehsalı müəssisələri yaratmaq istəyir

Azərbaycan bu dövlətlə birgə çay və siqaret istehsalı müəssisələri yaratmaq istəyir
17 Noyabr 2016
Mətni dəyiş
İqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə tütün və tütün məmulatları, çay, şərab və digər malların ticarətinə maraq ifadə olunub, birgə çay və siqaret istehsalı müəssisələrinin, ticarət evlərinin yaradılması məsələləri müzakirə edilib.
Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini, bu sahədə işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun