Pakistan Gülən məktəblərinin müəllimlərinə ölkəni tərk etmələri üçün vaxt qoydu

Pakistan Gülən məktəblərinin müəllimlərinə ölkəni tərk etmələri üçün vaxt qoydu
16 Noyabr 2016
Mətni dəyiş
Pakistan hökuməti Fətullah Gülən qruplaşmasına (FETÖ) aid 23 məktəbdə çalışan 108 müəllimə ölkəni tərk etmələri üçün xəbərdarlıq edib.
"Anadolu" agentliyinin məlumatına görə, rəsmi İslamabad onlardan ailələri ilə birlikdə noyabrın 20-dək ölkəni tərk etməyi istəyib.
Məlumata görə, Pakistanda FETÖ məktəbləri "PakTurk" adı altında faaliyyət göstərir. Ümumilikdə təxminən 400 nəfərə ölkəni tərk etməlidir.
Qeyd edək ki, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana rəsmi səfəri başlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun