Şair Tofiq Həsənlinin apellyasiya şikayətinə baxılacaq

Şair Tofiq Həsənlinin apellyasiya şikayətinə baxılacaq
27 Oktyabr 2016
Mətni dəyiş
Həbsdə olan satirik şair Tofiq Həsənlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi sabah başlayır. Şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun icraatına verilib.
Şairin vəkili Elçin Sadıqovun sözlərinə görə, ilkin baxış iclası oktyabrın 27-də saat 12.00-da keçiriləcək.
Tofiq Həsənli ötən il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, Tofiq Həsənli saxlanıb.
Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi. Satirik şairin ailə üzvlərinin bildirməsinə görə, maddi problemlər üzündən uzun müddət ona vəkil tuta bilməyiblər. Onlar şairin tənqidi şerlərinə görə, şərləndiyini düşünürlər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu il avqustun 22-də onu 6 il həbs cəzasına məhkum edib.
O, həbsindən öncə xaricdən yayılan «Azərbaycan saatı» proqramında tənqidi şerlər oxuyardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun