Saakashvili: Seçkidən sonra Gürcüstana gedəcəm, ölkəmə kömək etməliyəm

Saakashvili: Seçkidən sonra Gürcüstana gedəcəm, ölkəmə kömək etməliyəm
10 Oktyabr 2016
Mətni dəyiş
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili seçkidən sonra vətəninə dönəcək, yoxsa yox? Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Saakashvili bu barədə ziddiyyətli bəyanatlar verir.
O, oktyabrın 7-də “112 Ukrayna” televiziya kanalına müsahibəsində vətəninə dönmək fikrində olmadığını və Ukraynada fəaliyyətini davam etdirmək fikrində olduğunu deyib: “Ukraynaya qastrola gəlməmişəm. Burda döyüş meydanını tərk etməməliyəm. Amma sözsüz, seçkidən sonra Gürcüstana gedəcəm, ölkəmə kömək eləməliyəm, öz hesabıma məzuniyyət götürüb yaxın günlərdə hansısa prosesə qatılacam”, deyə o bildirib.
Saakashvili orda demək olar ki, bütün polis və silahlı qüvvələrin onların, başqa sözlə dövlətçilik və qanunun tərəfində olduğundan ona heç kimin barmağı da dəyə bilməyəcəyini deyib.
Saakashvili bundan əvvəl-oktyabrın 4-də  siyasi rəqiblərinin onu sərhəddə gurultulu alqışlarla qarşılayacağını və əvvəllər yüksək vəzifə tutmayan insanların iştirakı ilə yeni hökumət yaradılması ilə məşğul olacağını demişdi.
“Özü də yeni hökumətdə çoxlu qadın olacaq. Çünki onlar daha hümanistdirlər”, deyə o vurğulayıb.
Saakashvili oktyabrın 1-də də demişdi ki, parlament seçkisinin nəticələrini müdafiə etmək üçün Gürcüstana gedəcək, özü də bu seçkidə onun “Vahid milli hərəkat” partiyası qalib gələcək.
Hakim “Gürcü arzusu “ koalisiyasının banisi və keçmiş baş nazir Bidzina İvanashvili bundan əvvəl-hələ sentyabrın 30-da vətənə dönəcəyi halda Saakashvilini həbs gözlədiyini bəyan etmişdi.
Daxili işlər naziri Georgi Mqebrishvili də sentyabrın 26 da təxminən eyni bəyanatla çıxış eləmişdi.
Qeyd edək ki, “Gürcü arzusu” koalisiyası ilə Saakashvilinin "Vahid milli hərəkat” partiyası yeni parlamentdə əsas siyasi qüvvələr hesab olunurlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun