Matthew qasırğası ABŞ-da 16 nəfərin ölümünə səbəb olub

Matthew qasırğası ABŞ-da 16 nəfərin ölümünə səbəb olub
10 Oktyabr 2016
Mətni dəyiş
Matthew qasırğası ABŞ-da 16 nəfərin həyatını itirməsinə səbəb olub.
Haiti, Yamayka, Kuba, Dominikan Respublikası və Baham adalarına təsir edən, böyük əksəriyyəti Haitidə olmaq üzrə 900-dən çox insanın həyatını itirməsinə gətirib çıxaran qasırğa ABŞ-da şiddətini azaltmış olmasına baxmayaraq, təsirini davam etdirir. Şimali Carolina əyalətinin rəhbəri Pat McCrory bazar günü verdiyi açıqlamada, bölgədə fəlakət səbəbiylə həyatını itirənlərin sayının 7-ə çatdığını bildirib.
Yerli səlahiyyətlilər isə Floridada 6, Georgia ştatında 3 nəfərin həyatını itirdiyini, 4 nəfərin itkin olduğunu açıqlayıb. Qasırğa səbəbindən ABŞ-da 2 milyon 200 min adam elektriksiz qalıb, leysan nəticəsində böyük maddi itkilər yaranıb.
Beynəlxalq Qasırğa Mərkəzi Şimali Carolinada yerləşən Neuse çayı boyunca leysan xəbərdarlığı elan edib.
Birleşmiş Millətlər 350 mindən çox insanın köməyə möhtac olduğunu ifadə edərkən, 2010-cu ildə qeydə alınan zəlzələdən sonra böyük dağıntıya səbəb olan qasırğa nəticəsində Haitidə epidemiya xəstəliyinin yayıldığı ilə bağlı rəsmi açıqlama yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun