"Cumhuriyyet"ə polis əməliyyatı, həbs olunanlar var

"Cumhuriyyet"ə polis əməliyyatı, həbs olunanlar var
31 Oktyabr 2016
Mətni dəyiş
Türkiyədə "Cumhuriyet" qəzetinin baş redaktoru Murat Sabuncu və yazarlar Güray Öz, Aydın Engin, Hikmet Çetinkaya, Hakan Kara və karikaturist Murat Kara həbs olunublar. Tutulanların, eləcə də qəzetin keçmiş baş redaktoru Can Dündarın evində axtarış aparılıb.
İstanbul prokurorluğunun yaydığı məlumatda yazarların FETÖ və PKK terror təşkilatlarına üzv olmamaqla bərabər təşkilat adına cinayət törətmək və terror təşkilatlarına yardım etməkdə təqsirləndirildiyi bildirilir.
1924-cü ildən bəri nəşr edilən "Cumhuriyet" qəzeti " qəzeti gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk qoyub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun