Boksçu Mike Towel nokdaundan sonra ölüb

Boksçu Mike Towel nokdaundan sonra ölüb
1 Oktyabr 2016
Mətni dəyiş
Britaniyalı boksçu Mike Towell rinqdə aldığı ciddi zədələrdən sonra xəstəxanada ölüb. Glasgow şəhərinin Radisson Blu hotelində Dale Evans-la görüş vaxtı Towell iki dəfə nokdauna göndərilib.
İlk zərbədən sonra döyüş davam etdirilib. Lakin ikinci nokdaundan sonra boksçu huşunu itirib. Mike Towell rinqdən xəstəxanaya xərəkdə aparılıb.
25 yaşlı peşəkar boksçu idman karyerası boyunca bir dəfə də olsun məğlub edilməyib. 11 qələbəyə imza atan Towell yalnız bir görüşü heç-heçə ilə başa vurub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun