Vüqar Əliyevin işi üzrə Avropa Məhkəməsində kommunikasiya başlayıb

Vüqar Əliyevin işi üzrə Avropa Məhkəməsində kommunikasiya başlayıb
10 Sentyabr 2016
Mətni dəyiş
Şəmkirin keçmiş icra başıçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyevin işi ilə bağlı yenilik var.
Bu barədə Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev sosial şəbəkədə məlumat yayıb:
"Avropa Məhkəməsinə göndərdiyim 300-ə yaxın işin içərisində daha həssas yanaşdığım, araşdırılmasını səbirsizliklə gözlədiyim bir iş üzrə kommunikasiya başlayıb. Bu Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirilməsi ilə bağlı əsassız olaraq ömürlik azadlıqdan məhrum olunmuş Vüqar Əliyevin işidir. Ümid edirəm ki, hökümət bu dəfə onun işinə ədalətlə baxılmasını təmin edəcək".
Qeyd edək ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, Şəmkirin keçmiş icra başıçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirli bilinib. Onunla birgə həbs olunan Lamiyə Quliyeva isə 2015-ci ilin fevral ayında azadlığa çıxıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun