Volterin maraqlı 20 sitatı

Volterin maraqlı 20 sitatı
15 Sentyabr 2016
Mətni dəyiş
Volter Fransanın XVIII əsr maarifçilərinin ən görkəmli nümayəndələrindən biridir. Volter hər zaman bütün insanların qanun qarşısında bərabər olmasını tələb edirdi. Bu məqalədə Volterin məşhur sitatları toplanılıb. Həmin sitatları təqdim edirik.
  1. Kişilər qadınlara zəif olmağı öyrətməlidirlər, çünki qadınlar kişilərsiz də güclü olmağı bacarırlar.
  1. Optimizm əslində hər şeyin pis olduğu vaxtda insanın özünü yaxşıya yönəltmə ehtirasıdır.
  1. Cənnətdə hava yaxşıdır, cəhənnəmdə isə insan kompaniyası.
  1. Sizi kimin idarə etdiyini anlamaq üçün kimi müzakirə etməyinizə icazə vermirlərsə, ona baxın.
  1. Bu həyatda təsadüflər olmur – baş verənlər ya mükafat, ya cəza, ya ibrət, ya da ki sınaqdır.
  1. Qadınların yalnız yaşlarının neçə olduğu sirrini qoruya bilirlər.
  1. İlk öncə özünüzü dəyişməyə çalışın və sonra başqalarının dəyişmə şansınızın nə qədər bərbad olduğunu anlayacaqsınız.
  1. İnsanın həyatın mənasını, gözəlliyini başa düşməsi üçün xəyal etmə bacarığı olmalıdır.
  1. Başqalarının sirrini açmaq satqınlıq, öz sirrini açmaq isə ağılsızlıqdır.
  1. Tanrı qadını sırf kişini əhilləşdirsin deyə yaratdı.
  1. Fikirləşin və başqalarına fikirləşməyə icazə verin.
  1. Azadlıq sizə verilən deyil, sizdən qoparıla bilməyən nemətdir.
  1. Mən sizin fikrinizlə razı olmaya bilərəm, ancaq sizin öz fikrinizi söyləyə bilmək  haqlarınız uğrunda canımdan belə keçməyə hazıram.
  1. Hər bir insan etmədiyi yaxşılıqdan dolayı günahkardır.
  1. İlluziya zövqlərin ən öndə gedənidir.
  1. İnsanları verdiyi cavablara görə deyil, suallara görə qiymətləndirin.
  1. Nə vaxtsa hər şey yaxşı olacaq deyiriksə - bu ümiddir,
    Hər şey bu gün yaxşıdır demək isə - artıq illuziyadır.
  1. 60 yaşına qədər kişilər qadınlar üçün, 60-dan sonra isə özləri üçün yaşayırlar.
  1. İnsanların çoxu piyanların evlərini axtardıqları kimi xoşbəxtlik axtarırlar. Tapa bilmirlər ancaq bilirlər ki, hardasa xoşbəxtlik var.
  1. Azadlıq, yaxşılıq və həqiqət amilləri üçün həyatı sevməyə dəyər.
Tərcümə: Asya Cəlilova
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun