Venesuelada etirazçılar küçələrə tavalarla çıxıblar

Venesuelada etirazçılar küçələrə tavalarla çıxıblar
5 Sentyabr 2016
Mətni dəyiş

Venesualanın prezidenti Nikolas Maduronun Marqarita adasına strateji obyektlərin təftişi məqsədilə səfəri zamanı onlarla insan onun kortejini qarşılamaq üçün küçələrə çıxıb. Onlar etiraz əlaməti olaraq əllərindəki tava və qazanlarla səs salıblar.

Prezident Maduronun korteji keçərkən etirazçılar onun qarşısını kəsiblər və əllərindəki tava və qazanlarla ölkə başçısının diqqətini çəkməyə çalışıblar. Baş verənlərlə bağlı prezidentin özünün reaksiyası haqqında heç bir məlumat verilmir.

Reutersin verdiyi məlumata əsasən, Venesuela hakimiyyəti ölkə prezidenti Nikolas Maduroya qarşı Marqarita adasında etiraz aksiyasının təşkilinə görə 30-dan çox insanı həbs edib. Bir müddət sonra, yerli vəkil və jurnalist Braulio Jatar istisna olmaqla saxlanılanlar sərbəst buraxılıb.

https://youtu.be/1tQSmT_Q-Yk

Venesuela hakimiyyəti qərb KİV-lərinin yerləşdirdikləri videomaterialın həmin gün baş verən hadisələri tam əks etdirmədiklərini qeyd ediblər. Venesuelanın İnformasiya naziri Luis Markano öz twitter hesabında Nikolas Maduronun öz liderini xoş bir şəkildə qarşılayan insanların arasından keçib getməsini göstərən bir parça yerləşdirib.

“Bu sizin sağ qüvvələrin manipulasiya etdiyi videoda görmədiyinizdir”, - yazır o. Etirazçılar isə öz növbəsində, ölkə sakinlərinin böyük bir qisminin iqtisadi problemlərdən dolayı prezidentə nifrət etdiyini təkid edirlər.

Qeyd edək ki, cümə axşamı, sentyabrın 1-də prezident Nikolas Maduronun istefası tələbilə paytaxt Karakasda keçirilən etiraz yürüşündə təşkilatçıların verdiyi məlumata görə, bir milyona yaxın insan iştrak edib.

Datanalisis şirkətinin ictimai rəyi müəyyən etmək məqsədilə apardığı sorğunun nəticələrinə görə Venesuelada hər on nəfərdən səkkizi hakimiyyət dəyişikliyi istəyir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun