“Space” radiosunun yayımı müvəqqəti dayandırılıb

“Space” radiosunun yayımı müvəqqəti dayandırılıb
29 Sentyabr 2016
Mətni dəyiş
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.
Bu barədə məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən verilib.
Məlumatda qeyd edilib ki, bu addım radionun borcu olduğuna görə atılıb.
Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.
Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov isə bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun