“Qəbələ”dən sonuncu gün transferi

“Qəbələ”dən sonuncu gün transferi
1 Sentyabr 2016
Mətni dəyiş
“Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.
“Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franjic ilə anlaşıb. 25 yaşlı orta xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına "Dinamo Zagreb" klubunda başlayan Franjic 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010), “Radnik” (2010-2013) və “İstra”nın (2013) formasını geyinib. “Dinamo” ilə müqaviləsi başa çatandan sonra Petar “İstra” (2014-2015) və “Split”də (2015-2016) çıxış edib.
Franjic Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun