Obama Clintonun seçkiqabağı kampaniyasına qoşulub

Obama Clintonun seçkiqabağı kampaniyasına qoşulub
13 Sentyabr 2016
Mətni dəyiş
ABŞ prezidenti Barack Obama çərşənbə axşamı Demokrat Partiyasından prezidentliyə namizəd Hillary Clintonun seçkiqabağı kampaniyasına qoşulub.
Hazırda pnevmaniyanadan əziyyət çəkən Hillary Clintonun seçkiqabağı kampaniyasının çətinə düşdüyünü yüksək səlahiyyətli demokratlar  da  etiraf edirlər. Clinton bir ay əvvəl rəqibi Donald Trumpı 9 faiz qabaqlayırdısa, indi bu fərq 6 faizə düşüb.
Obama Hillary Clintonun Pensilvaniya ştatında keçiriləcək mitinqində iştirak edəcək. Bu həlledici mərhələ hesab olunur. Hillary Clinton mitinqə qatılmayacaq, Nyu-Yorkdakı evində olacaq. Ağ evin məlumatına görə, Barack Obamanın Clintonla bağlı küclü və müsbət çıxışı gözlənilir.
Obama bir gün əvvəl Konqres liderləri ilə görüşdə, jurnalistlərin Hillary Clintonun səhhətilə bağlı sualına məhəl qoymayıb və bunu gülüşlə qarşılayıb.
Vitse-Prezident Joe Biden də bazar ertəsi Hillary Clintonun səhətinin yaxşı olduğunu bildirib, amma etiraf edib ki, bu bəzi demokratlarda böyük narahatlıq yaradıb ki, Respublikaçıların Hillary Clintona qarşı hücumları nəticə verir.  Biden qeyd edib ki, respublikaçıların indiyədək çox uğurla elədiyi şeylərdən biri, bizim namizədimiz ətrafında şübhə yaratmaq olub. Biden bunu Clintonun Şimali Karolina ştatındakı seçki qərargahının açılışında deyib.
Qeyd edək ki, 11 sentyabr terror qurbanlarının Nyu-Yorkda keçirilən anım mərasimləri zamanı Hillari Clintonun halı pisləşib və az qalıb ki, huşunu itirsin.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun