“iPhone 7”nin Azərbaycanda satışa nə vaxt çıxarılacağı və qiyməti məlum olub

“iPhone 7”nin Azərbaycanda satışa nə vaxt çıxarılacağı və qiyməti məlum olub
8 Sentyabr 2016
Mətni dəyiş
Dünən axşam Bakı vaxtı ilə saat 21.00-da ictimaiyyətə təqdim edilən “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının Azərbaycanda satışa çıxarılacağı vaxt və qiyməti məlum olub.
Mobil telefonların satış mərkəzlərindən bildirilib ki, yeni smartfonların ilk partiyası artıq sifariş olunub.
“iPhone 7” və “iPhone 7 Plus” gələn ayın əvvəlindən Azərbaycan bazarında satışa çıxarılacaq.
Smartfonların ilkin qiyməti də məlum olub.
Verilən məlumata əsasən, telefonun yaddaşından asılı olaraq onun qiyməti 1600-2100 manat civarında müəyyənləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun