Gürcüstan iqtisadi azad ölkələrin reytinqində altıncıdır

Gürcüstan iqtisadi azad ölkələrin reytinqində altıncıdır
18 Sentyabr 2016
Mətni dəyiş
Fraser İnstitutu iqtisadi azad ölkələrin reytinqini açıqlayıb. 159 ölkə mülkiyyət hüququnun qorunması, bazarın azad olması, əmək resurslarının, biznesin idarəedilməsi və başqa kriteriyalara görə araşdırılıb.
İndeks 2014-cü ilin məlumatlarına görə hazırlanıb. Buna səbəb 2014-cü ilin bütün ölkələrin iqtisadi göstəricilərinin tam olduğu son il olmasıdır.
Azərbaycan siyahıda 107-ci yerdədir. Qonşu ölkələrdən Gürcüstan 6-cı, Ermənistan isə 17-ci yerdədir.
Siyahıda ən aşağı reytinq göstəricisinə malik ölkə Venesueladır. Tam siyahıya buradan baxa bilərsiniz.
İlk onluq isə aşağıdakı kimidir:
1. Hong Kong
2. Sinqapur
3. Yeni Zelandiya
4. İsveçrə
5. Kanada
6. Gürcüstan
7. İrlandiya
8. Mavriki
9. BƏƏ
10. Avstraliya
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun