FİFA Deniz Yılmazın Azərbaycan yığmasında oynamasına icazə verib

FİFA Deniz Yılmazın Azərbaycan yığmasında oynamasına icazə verib
2 Sentyabr 2016
Mətni dəyiş
"Bursaspor"un hücumçusu Deniz Yılmazın Azərbaycan millisində oynayıb-oynamayacağı dəqiqləşib.
FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu barədə müraciəti ilə əlaqədar qərar qəbul edib.
Qərarda bildirilir ki, AFFA və Deniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun və bu qərar tərəflərə göndərilən tarixdən etibarən Yılmaza Azərbaycan millisində çıxış etmək icazəsi verilsin.
FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.
Qeyd edək ki, ali futbol qurumu bundan öncə AFFA-nın Ramil Şeydayev və Emin Mahmudovla bağlı müraciətini də müsbət cavablandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun