Fetullah Gülen hərəkatı ilə əlaqəsi olan müəllimlər işdən azad olunacaq

Fetullah Gülen hərəkatı ilə əlaqəsi olan müəllimlər işdən azad olunacaq
5 Sentyabr 2016
Mətni dəyiş
Türkiyənin Baş naziri Binali Yıldırım Diyarbakır şəhərində qatıldığı tədbirdən sonra jurnalistlərə açıqlamalar verib.
Yıldırım bildirib ki, Diyarbakırda "Fetullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqəli minlərlə müəllim var. Baş nazirin sözlərinə görə, növbəti tədris ilində həmin müəllimlər işdən uzaqlaşdırılacaqlar:
"Bu bölgədə çalışan və Gülen hərəkatı ilə birgə hərəkət edən 14 min müəllim olduğu təxmin edilir. Ancaq bunların nə qədərinin birbaşa terror təşkilatıyla əlaqəli olduğu, nə qədərinin olmadığı həyata keçiriləcək araşdırmalarla ortaya çıxacaq. Bayramdan sonra məktəblər açılır. Təhsil nazirimiz ilə danışdıq, şübhəli bütün müəllimlər aşkar olunacaq və yeni dərs ilində onlara vəzifə verilməyəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun