Belçika hökümətinin Pokemon Go narahatlığı

Belçika hökümətinin Pokemon Go narahatlığı
5 Sentyabr 2016
Mətni dəyiş
Belçika hökuməti "Pokemon Go" oyununun yaratdığı təhlükəsizlik riski səbəbiylə, ölkədəki hava limanlarında bu oyunun ləğv edilməsini istəyir.
Belçika Nəqliyyat naziri François Bellotun sözlərinə görə, "Pokemon Go" oynayanlar ölkədə hava limanları üçün ciddi problemə çevrilib.
Nazir bildirir ki, işçilər ilə sərnişinlər özlərini "Pokemon Go" oyununa o qədər qapdırırlar ki, tez-tez təhlükəsizlik pozuntuları meydana gəlir.
Son məlumatlara əsasən, Bellot Belçika hökumətinin adından oyunun yaradıcısı olan Niantic şirkətinə rəsmi yazı ilə müraciət edib və oyunun bu ölkədə yerləşən hava limanlarında ləğv edilməsini istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun