Angela Merkel: "Vəziyyət kritikdir"

Angela Merkel: "Vəziyyət kritikdir"
17 Sentyabr 2016
Mətni dəyiş
Almaniya kansleri: "Avropa İttifaqının özünü sübuta ehtiyacı var".
"Avropa İttifaqının hazırki durumu kritikdir. Bu halı dəyişə bilmək isə onun öz qabiliyyətini təcrübədə göstərməsindən asılıdır".
Bu sözləri Almaniya kansleri Angela Merkel deyib. Bratislavada İttifaqın qeyri-rəsmi sammitindəki çıxışı zamanı Merkel bildirib ki, Aİ-nin özünü sübuta ehtiyacı var.
"Atacağımız addımlarla təhlükəsizlik, terrorçuluqla mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı nəticə əldə edə biləcəyimizi göstərməliyik", - o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun