Almaniya Türkiyənin “İncirlik” aviabazasına sərmayə qoyacaq

Almaniya Türkiyənin “İncirlik” aviabazasına sərmayə qoyacaq
7 Sentyabr 2016
Mətni dəyiş

Almaniya hökuməti Türkiyənin “İncirlik” aviabazasına 58 mln. avro sərmayə yatıracaq.

Bu barədə “Der Spiegel”ə  Almaniyanın Müdafiə Nazirliyindən  bildirilib.  Məlumata görə, qeyd olunan məbləğ  Almaniyanın “Tornado” çoxməqsədli qırıcı təyyarələri üçün aerodromun, hərbçilərin yerləşdirilməsi üçün obyektlərin tikintisinə və müasir səyyar komanda məntəqəsinin yaradılmasına yönələcək.

Nəşr Almaniya hərbçiləri üçün sərmayənin ayrılmasını zəruri olduğunu qeyd edir. Belə ki, Bundesver ilin əvvəlindən start götürmüş missiya dövründə təyyarələrini ABŞ kontingentinə məxsus meydançalarda, hərbçilərini isə müvəqqəti kazarmalarda yerləşdirib. Bundan başqa, Almaniya təyyarələri kəşfiyyat uçuşları zamanı müttəfiqlərin texniki dəstəyindən yararlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun