ABŞ Suriya ordusunu bombalayıb

ABŞ Suriya ordusunu bombalayıb
18 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr Deyr Ez-Zor bölgəsində yerləşən Suriya ordusuna aviazərbələr endirib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, ABŞ liderliyindəki koalisiya qüvvələrinin Suriyanın şərqində yerləşən Deyr Ez-Zor şəhərində Bəşər Əsəd rejiminə aid hərbi bazanı vurduğu qeyd olunub.
Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov Deyr Ez-Zor aerodromunun yaxınlığına edilən hava hücumunun koalisiyaya aid 2 F-16 və 2 A-10 qırıcı təyyarələri ilə reallaşdığını söyləyib. Suriyalı səlahiyyətlilərin özlərinə 62 rejim əsgərinin öldüyü, 100-dən çox əsgərin də yaralandığı məlumatını verdiyini ifadə edən Konaşenkov, təyyarələrin ölkənin İraq sərhədi tərəfindən gəldiyini vurğulayıb.
Suriya rəsmilərinin açıqlamalarına görə isə hava zərbələri zamanı 80 əsgər ölüb, 100-dən çox əsgər yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun