ABŞ alimlərindən maraqlı iddia: Yupiterin peykində həyat var

ABŞ alimlərindən maraqlı iddia: Yupiterin peykində həyat var
19 Sentyabr 2016
Mətni dəyiş
Amerikalı alimlər əmindirlər ki, bioloji həyat təkcə Yer planetində mövcud deyil. Onların fikrincə, Yerdən kənarda həyat Yupiterin "Europa" adlı peykində də mövcud ola bilər.
Alimlər qeyd edirlər ki, əgər müqayisə olunsa "Europa"da mövcud olan su Yer kürəsindən 2 dəfə çoxdur. Mütəxəssislərin fikrincə, Yupiterin peykində dərinliyi yüz kilometrlərlə olan okeanlar kükrəyir. Bu okeanların sularında həyatın mürəkkəb orqanik formaları mövcud ola bilər.
Tədqiqatçılar xarici aləmdən təcrid olunmuş Antarktidakı buzların altında yatan göldə məskunlaşmış müxtəlif mikroorqanizmlərdən də nümunə kimi istifadə edirlər. Ona görə bir sıra mütəxəssislər güman edirlər ki, "Europa"nın buz qatının altında da birhüceyrəli orqanizmlərin yaşaması mümkündür.
Alimlər burada mövcud olan buz dağının altındakı minerallarla zəngin olan konkret xəttləri də dəqiq işarə ediblər. Amerikalı mütəxəssislər istina etmirlər ki, həmin peykin ərazisindəki okeanlarda ən azı bakteriyalar və digər müxtəlif varlıqlar mövcuddur. Alimlər belə okeanların dərinliklərində həyatın mövcud ola biləcəyindən əmindirlər.
Qeyd etmək lazımdır ki, alimlər bu peykdə mikroorqanizmlərin meydana gəlməsi üçün lazım olan karbon və azotu tədqiq etməyə çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun