"28 may" sakinləri magistral yolu bağlayıblar

"28 may" sakinləri magistral yolu bağlayıblar
29 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində yerləşən 28 May qəsəbəsinin sakinləri magistral yolu bağlayıblar.
Bu barədə aksiya iştirakçıları məlumat veriblər. Onlar işsizlikdən şikayətçi olduqlarını, imkansızlıqdan kommunal xərcləri ödəyə bilmədiklərini bildiriblər.
Aksiya iştirakçıları qeyd edib ki, qəsəbədə ara yolları hələ də asfaltlanmayıb, sentyabrın 28-də yağan yağışlar onlara ciddi problemlər yaradıb.
[caption id="attachment_10738" align="alignnone" width="610"]28 May qəsəbəsi sakinləri magistral yolu bağlayıblar 28 May qəsəbəsi sakinləri magistral yolu bağlayıblar[/caption]
Aksiyaçılar magistral yolu 1 saata yaxın bağlı saxlayıblar və bu səbəbdən Şamaxı-Bakı yolunda tıxac yaranıb.
Hadisə yerinə yol polisi və post patrul xidmətinin əməkdaşları gələrək etirazçıların bəzi tələblərinin yerinə yetirələcəyini vəd edərək yolda maşınların hərəkətini bərpa ediblər.
Yoxsulluq və səfalət içində yaşadıqlarından şikayət edən aksiya iştirakçıları Binəqədi rayon İH-dən məsul şəxslər gəlmədiyi və tələblərinin yerinə yetirilmədiyi halda yolu yenidən bağlayacaqlarını vurğulayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun