Türkiyədə terror aktı törədilib, ölən və yaralananlar var

Türkiyədə  terror aktı törədilib, ölən və yaralananlar var
18 Avqust 2016
Mətni dəyiş
Gün ərzində Türkiyədə iki terror aktı törədilib. Əvvəlcə səhər saatlarında Elazığ vilayətində polis şöbəsinə terroristlərin hücumu nəticəsində 3 əsgər şəhid olub, 170 nəfər yaralanııb. İkinci terror hadisəsi isə saat 14:00 radələrində Bitlis rayonunun Hizan qəsəbəsinə bağlı Qayda kəndi yaxınlığında yola basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Həmin ərazidən keçən hərbi maşında olan 3 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Olaydan dərhal sonra terrorçulara qarşı əməliyyat başladılıb. Atışma zamanı bir qoruyucu ölüb, 1 əsgər yaralanıb. Yaralılar Bitlis Dövlət Xəstəxanasına çatdırılıb. Əməliyyat-axtarış tədbirləri davam edir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun