Türkiyə MİT-i alman kəşfiyyatından yardım istəyib

Türkiyə MİT-i alman kəşfiyyatından yardım istəyib
22 Avqust 2016
Mətni dəyiş
Almaniyada həftəlik jurnal olan "Spiegel Online"da yer alan xəbərə görə, MİT (Milli İstihbarat Təşkilatı) xaricə qaçan Gülən tərəfdarlarının Almaniyada təqib edilməsi və Türkiyəyə qaytarılması mövzusunda Alman Xarici Kəşfiyyat Təşkilatı BND'dən kömək tələb edib.
Xəbərə görə, Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından bu ana qədər Almaniyaya təqib edilməsi üçün qırx nəfərlik siyahı verilib, üç nəfərin isə ekstradisiyası üçün rəsmi müraciət edilib. Gülən hərəkatı ilə əlaqəsi olan şəxslər və təşkilatların araşdırılması mövzusunda Berlin səfirliyinin məsləhətçisi Ufuk Gezer Almaniya Xarici İşlər Nazirliyinə bir neçə dəfə sorğu göndərib.
Bundan əlavə, başda Şimali Ren Vestfalya, Hessen və Saksoniya olmaq üzrə 11 əyalət hökumətinə də Gülən hərəkatının təqibi mövzusunda müraciət edilib.
Ancaq "Spiegel Online" nəşrinin verdiyi məlumata görə, müraciət edilən əyalətlərin hamısı Türkiyənin istəyini rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun