Rusiya Hərbi Dəniz Qüvvələri Xəzərdə hərbi təlim keçəcək

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzərdə hərbi təlim keçəcək
9 Avqust 2016
Mətni dəyiş
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlim keçəcək. Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti rəhbərinin açıqlamalarına görə təlim 15-20 avqust tarixlərində dənizin cənub-qərb hissəsində keçiriləcək.
İki ayrı mərhələdən ibarət təlimlər zamanı ölkənin təhlükəsizliyinə təhdid ola biləcək durumlar və terror hadisəsi baş verən zaman yerinə yetiriləcək tapşırıqlar sınaqdan keçiriləcək.
Xəzər donanması qüvvələrinin qabiliyyətini yoxlamaq üçün planlaşdırılan təlimdə yeni raketlərin də yoxlanışı gözlənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun