"Qəbələ" "Lille" ilə üz-üzə

"Qəbələ" "Lille" ilə üz-üzə
4 Avqust 2016
Mətni dəyiş
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.
Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” klubu doğma azarkeşlər önündə növbəti matçına çıxacaq.
Fransanın “Lille” komandası ilə "Bakcell Arena"da qarşılaşacaq komandamız oyun öncəsi son məşqini uğurla yekunlaşıdırb. Qriqorçukun yetirmələri səfərdə fransızlar ilə 1-1 hesablı heç-heçəyə razılaşdığı üçün Bakıda keçiriləcək matçda komandamıza qolsuz bərabərlik də kifayət edir. Digər ehtimallarda isə "qırmızı-qaralar" ya 2-2 və daha qollu heç-heçə əldə etməli, ya da istənilən hesabla qələbə qazanmalıdır.
Qeyd edək ki, "Qəbələ" mərhələni keçəcəyi təqdirdə üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.
Oyun öncəsi son məlumatlara görə azarkeşlərə satışa çıxarılan bütün biletləri alıblar.
Görüş saat 21.00-da başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun