Putin: Ərdoğanın səfəri münasibətlərin bərpası üçün qarşılıqlı niyyəti göstərdi

Putin: Ərdoğanın səfəri münasibətlərin bərpası üçün qarşılıqlı niyyəti göstərdi
16 Avqust 2016
Mətni dəyiş
"Rusiya Türkiyə ilə münasibətlərin tam şəkildə bərpa olunmasını istəyir və prezident Rəcəb Tayyib Ərdoğanın səfəri bizim niyyətimizin qarşılıqlı olduğunu təsdiqləyib".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayev ilə görüşü zamanı açıqlamalar verib: "Biz son illər ərzində Türkiyə ilə daha çox əməkdaşlıq etməyə başlamışdıq. İndi də münasibətlərin düzəlməsi ilə əlaqələri daha da gücləndirməyə çalışacağıq".
Rusiya prezidenti çıxışının sonunda iki ölkə arasında əlaqələrin bərpasında vasitəçiliyə görə Qazaxıstan prezidentinə təşəkkür edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun