Maskalı şəxslər jurnalistin evinə basqın edib

Maskalı şəxslər jurnalistin evinə basqın edib
13 Avqust 2016
Mətni dəyiş
İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
Bu barədə açıqlama verən S. Bayramov deyib ki, ki, təxminən saat 01.00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar. Hadisədən sonra evdən bir neçə qiymətli əşyanın aparıldığı məlum olub.
Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun