Lavrov və Kerry Suriyadakı vəziyyəti müzakirə edib

Lavrov və Kerry Suriyadakı vəziyyəti müzakirə edib
17 Avqust 2016
Mətni dəyiş
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi John Kerry telefon danışığı zamanı Suriyada terrorçulara qarşı addımların nizamlanması və atəşkəs rejiminin təmin olunması barədə müzakirələr aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
“Suriyada, xüsusən də Hələbdəki vəziyyətin müzakirəsi davam etdirilib. Con Kerrinin iyulun 15-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların təcrübi reallaşdırılmasına hazırlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun