"Jurnalist etiraz olaraq ağzını tikib"

"Jurnalist etiraz olaraq ağzını tikib"
10 Avqust 2016
Mətni dəyiş
Rüşvət ittihamı ilə həbsdə olan jurnalist, www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyevin ağzını tikdiyi deyilir. Bu haqda Azadlıq Radiosuna onun vəkili Zabil Qəhrəmanov məlumat verib.
Vəkilin bildirdiyinə görə, jurnalist şərləndiyini deyir, işinin yenidən araşdırılmamasına etiraz edir. Zabil Qəhrəmanov qeyd edir ki, jurnalistin işi üzrə təkrar məhkəmə istintaqının keçirilməsi istənilsə də, Gəncə Apellyasiya Məhkəməsi bundan imtina edib. Məhkəmə avqustun 10-da həmin imtina qərarından verilən şikayətə baxışı qeyri-müəyyən vaxtadək təxirə salıb.
C.Şirəliyevin Gəncə Apellyasiya Məhkməhkəməsinə ağzı tikilmiş vəziyyətdə gəldiyi söylənir. C.Şirəliyevi 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb. (ardı aşağıda)
[caption id="attachment_4837" align="alignnone" width="987"]jurnalist cavid şirəliyev Jurnalist Cavid Şirəliyev[/caption]
Cinayət işi materiallarına görə, o, 2013-cü ildə “ortagı” Asif Oricovla birgə Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesinin sahibi Şəfiqə İsmayıl qızı Xankişiyevadan 2 min manat tələb edib. Xankişiyeva iddia edib ki, Şirəliyevin həbsindən əvvəl ona 700 manat verib.
Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi 2016-cı ilin mayında jurnalistin hədələmək yolu ilə rüşvət tələb etmədə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) süçlu sayaraq, 5 il azadlıqdan məhrum edib.
Jurnalistin vəkili deyir ki, cinayət işi saxtalaşdırılıb. Vəkil sözlərinə dəlil kimi cinayət işində adı jurnalistin “ortağı” kimi keçən Asif Orucovla bağlı mühüm məqamı göstərir:
“Çünki 2012-ci il aprelin 11-dən 2013-cü il oktyabrın 19-na qədər Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkirdi. İyunun 1-dən 30-na qədər Orucov hər gün cəzaçəkmə yerində qeydiyyatdan keçirdi. Bundan başqa, iyunun 10-da o, intizamı pozduğuna görə cəzalanırılıb.Habelə, iyunun 20-də də cəzalandırılıb və 5 gün müddətinə cəza təcridxanasına salınıb. İstintaq zamanı döyülüb. O, həbsxanada ola - ola necə ola bilərdi ki, rüşvət tələb etsin?”
Vəkil bildirib ki, birinci instansiya məhkəməsi Şirəliyevin təqsirini sübut edə bilməyib. Bütün ifadələr bir nəfərin -Şəfiqə Xankişiyevanın bəyanatı üzərində qurulub.
Asif Orucov Gəncə Apelyasiya Məhkəməsində gedən prosesdə deyib ki, istintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona işgəncə veriblər.
Ancaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bu deyilənlərə münasibət bildirilməyib. Üstəlik, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən də vəkilin dediklərini, hələlik dəqiqləşdirmək mümkün olmayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun