İran yenidən Xəzəryanı ölkələrlə neft mübadiləsinə başlayacaq

İran yenidən Xəzəryanı ölkələrlə neft mübadiləsinə başlayacaq
17 Avqust 2016
Mətni dəyiş
İran tezliklə Xəzəryanı ölkələrlə neft (swap) mübadiləsinə başlayacaq.
Bu sözləri İranın Şimal bölgəsi üzrə neft terminallarının sədri Həmidrza Şahdust deyib.
H.Şahdustun sözlərinə görə, İran Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanla neft (swap) mübadiləsi etməyə hazırlaşır: “Hazırda Xəzəryanı ölkələrin neft tankerlərinin  sahilə yan alması üçün lazımi  hazırlıq işləri görülür və tezliklə neft mübadiləsinə başlanılacaq”.
O deyib ki, Azərbaycan, Rusiya və Türkmənistanla neft mübadiləsinə dair müzakirələr aparılıb, lakin Qazaxıstanla danışıqlarda razılıq əldə olunub: “Neft mübadiləsi İran üçün gəlir gətirir, həm də siyasi əhəmiyyətə malikdir. Neft mübadiləsi ilə həm şimal qonşularımızın  xam nefti İran vasitəsi ilə cənubda təhvil verilir, həm də İranın şimal bölgəsinin neftə olan ehtiyacları təmin olunur.”
H.Şahdust bildirib ki, hazırda neft mübadiləsi üçün 3 yanalma körpüsü hazırlanıb.
“Kompleks plana əsasən, bu yanalma körpülərin sayı 17-yə  çatdırılmalıdır.  Bu zaman  neft mübadiləsinin həcmi 120 min bareldən 1,5 milyon barelə kimi artacaq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, İranın Xəzəryanı ölkələrlə neft mübadiləsi 2010-cu ildə dayandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun