Hökumət "AzərTac"ı maliyyələşdirməkdən imtina edir?

Hökumət "AzərTac"ı maliyyələşdirməkdən imtina edir?
11 Avqust 2016
Mətni dəyiş
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib. APA-nın məlumatına görə, dəyişiklik AzərTAc-ın fəaliyyətinin təşkili ilə bağlıdır.
İndiyə qədər AzərTAc dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşib və informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülüb.
Dəyişikliyə əsasən, bundan sonra AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun