Havanın temperaturu 43 dərəcəyə yüksəkəcək - rəsmi xəbərdarlıq

Havanın temperaturu 43 dərəcəyə yüksəkəcək - rəsmi xəbərdarlıq
12 Avqust 2016
Mətni dəyiş
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda deyilir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun